14 iyun 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycanda palçıq vulkanizmi sahəsi üzrə görkəmli alim, akademik Əhəd Yaqubovun anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçiriləcək.
Tədbirdə "Akademik Ə.Ə.Yaqubov Azərbaycanda palçıq vulkanizminin banisidir" və "Ə.Ə.Yaqubov: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi - görkəmli alim-geoloq" mövzusunda məruzələr dinləniləcək.
Bundan əlavə, akademik Ə.Yaqubova həsr olunan sənədli film nümayiş etdiriləcək.
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.