Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Kamran Əliyev Almatıda keçirilən tədbirdə məruzə ilə çıxış edib
30.05.2018 08:42
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamran Əliyev Almatıda keçirilən tədbirdə məruzə ilə çıxış edib

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə bağlı Qazaxıstanın Almatı şəhərində keçirilən tədbirlərdə iştirak edib. 

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində təşkil olunan tədbirdə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlərdir.

Tədbir çərçivəsində Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi açılıb, həmçinin dahi dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans da təşkil edilib.

Konfransda AMEA-nın müxbir üzvü K.Əliyevin "Hüseyn Cavid bəşəri sənətkardır" mövzusunda məruzəsi dinlənilib. Görkəmli dramaturqun həyat və yaradıcılığından söhbət açan alim qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan sənətkar, romantizm ədəbi cərəyanının banisidir.

Tədbirdə məruzələr dinlənilib və müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: