Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Qafqazın seysmik riskinə dair müzakirələr aparıblar
30.05.2018 09:14
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Qafqazın seysmik riskinə dair müzakirələr aparıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Qafqaz regionunun seysmik riski" adlı seminar keçirilib.

Gürcüstan, ABŞ və Kanadadan olan alimlərin qatıldığı seminarda ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova "Azərbaycan ərazisinin aktiv qırılmaları" mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: