Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Fond Birjası ilə əməkdaşlıq edəcək
23.05.2018 17:05
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı Bakı Fond Birjası ilə əməkdaşlıq edəcək

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) Bakı Fond Birjasının (BFB) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı”na qoşulub.

Mayın 23-də “Listinq Məsləhət Proqramı”na qoşulma haqqında saziş imzalanıb və bu münasibətlə BFB-də “Açılış zəngi” mərasimi keçirilib.

Sazişə əsasən, Bakı Fond Birjası YT Parkın rezidenti olan şirkətlərin birja vasitəsilə maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə, təlim proqramlarının təşkil edilməsinə şərait yaradacaq, eləcə də YT Parkın BFB vasitəsilə maliyyələşmə həllərini öz xidmət kataloquna daxil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: