Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib
22.05.2018 15:07
  • A-
  • A
  • A+

Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov biomüxtəlifliyin mövcud vəziyyətindən, ölkədə bu istiqamətdə qəbul olunan qanun və sərəncamlardan, həmçinin biomüxtəlifliyin qorunması sahəsində rəhbərlik etdiyi qurum tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan danışıb.

Daha sonra Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi və onun mühafizə yolları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin biomüxtəlifliyi” və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyində yeni taksonlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzəçilər Naxçıvan Muxtar Respublikasının zəngin bitki örtüyü, heyvanat aləmi və təbii sərvətlərindən söz açaraq, bu diyarın zəngin büomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu gün regionda əlverişli ekoloji mühitin yaradıldığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: