Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” kitabı işıq üzü görüb
21.05.2018 08:38
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” kitabı işıq üzü görüb

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə ” kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Anar İskəndərov, rəyçiləri – tarix elmləri doktoru, professor Fəxrəddin Məmmədov və Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin prezidenti, tarix üzrə fəlsəfə doktoru, dosent  Həsən Oktaydır.

Nəşrdə arxiv sənədləri əsasında AXC-nin dövlət kimi formalaşması prosesinin Gəncə şəhərində baş verdiyi təsdiq olunur, idarəçilik sisteminin qurulması və möhkəmləndirilməsinə xidmət edən 210-dan artıq hüquqi aktın qəbul edildiyi əksini tapır. Bundan əlavə, Qafqaz İslam Ordusunun Gəncədə yaranıb möhkəmləndiyi və Azərbaycanın əzəli paytaxtı Bakını bolşevik-daşnaklardan təmizlədiyi oxuculara təqdim olunur.

Kitab ali məktəb tələbələri və müəllimləri, magistrantlar, doktorantlar, tarixçilər və tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: