Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.05.2018 13:59
  • A-
  • A
  • A+

Koreyalı alimlər AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnsititutunda olublar

Koreyalı alimlər AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnsititutunda olublar

Koreya Respublikasının Seul Milli Universitetinin əməkdaşları - professor Hee Myong Ro, doktor Junho Han AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnsititutunda olublar. 

Bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə keçirilən görüşdə institutda Azərbaycanda şorlaşmış torpaqların tədqiqi ilə bağlı görülən işlər və prespektivlər barədə müzakirələr aparılıb.

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Seul Milli Universiteti arasında yeni anlaşma memorandumu imzalanıb. Sənəddə iki qurum arasında torpaqşünaslıq, aqrokimya və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq, kadr mübadiləsi, torpağın şorlaşmasının qarşısının alınması üçün elmi-texniki tədqiqat işlərinin aparılması və proqramların hazırlanması kimi məsələlər əksini tapəb.

Görüşdə akademik Qərib Məmmədov, dosent Zaman Məmmədov və  Elton Məmmədov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: