Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb
18.05.2018 14:44
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 18 may 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya", akademiyanın Rəyasət Heyətinin növbəti iclası, Əmlak Məsələləri Dövlət Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans, Ədəbiyyat İnstitutunda görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan tədbir,  Naxçıvan Bölməsində Yerin süni peyklərinə dair keçirilən "İnteraktiv açıq dərs", Milli Azərbaycan Tarixi Muzeyində baş tutan "Əbədiyaşar lider" adlı tədbir və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Fundamental biblioqrafiya", "Murtuza Nağıyev - 110", "1 iyun uşaqların beynəlxalq müdafiəsi günüdür", "Şərqin ilk demokratik respublikası", "Geoloq, pedaqoq, şair", "Heyranlıqla qarşılanan söz ustadı", "Ömrün 85-ci baharı", "Əlvida, cənub şəhəri" və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Выдающийся ученый и организатор науки», «Обсуждены перспективы», «Во имя права и справедливости», «Достойному выпускнику», «Успех и Динамичное развитие», «Задувая свечу, разжигают пламя», «Если мы гореть не будем…», «Этот редкий Biremis ridicula», «Чемпионат завершен» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: