www.science.az
16.05.2018 11:13

Ümuminstitut seminarında sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında təsvirindən bəhs olunub

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib. Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev “Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar ilə təsviri” mövzusunda məruzə edib.

Məruzəçi sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipşits sinfindən olan funksiyalar vasitəsi ilə təsviri barədə məlumat verib. Alınmış nəticələrin elliptik və parabolik diferensial tənliklərin Orliç fəzalarında həllərinin requlyarlığı məsələlərinə tətbiqindən danışan alim bu tipli məsələlərin analizin digər problemlərinin araşdırılmasında istifadəsinin önəmini vurğulayıb.

Tədbirdə sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında məhdudluğu üçün kommutatorun Lipşits sinfindən olan funksiya olması üçün zəruri və kafi şərtlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.