Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Təfsirşünaslığa dəyərli töhfə
16.05.2018 11:02
  • A-
  • A
  • A+

Təfsirşünaslığa dəyərli töhfə

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şahlar Şərifovun “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Monoqrafiyada görkəmli Azərbaycan alimi Məhəmmədhəsən Mövlazadə Şəkəvinin yaradıcılığı və adıçəkilən əsəri araşdırılıb.

Monoqrafiya giriş, "Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyatı və fəaliyyəti", onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsərinin təsfir elmində yeri” adlı iki fəsildən ibarətdir. Kitabın baş elmi məsləhətçisi prof. Şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi redaktoru isə prof. Kamandar Şərifovdur. 

Qeyd edək ki, Məhəmmədhəsən Şəkəvinin “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri nə keçmiş Sovetlər Birliyində, nə də postsovet məkanında indiyədək araşdırılmayıb. Bu mənada adıçəkilən monoqrafiyanı Şəkəvinin elmi irsinin öyrənilməsində ilk təşəbbüs kimi qiymətləndirmək olar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: