Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc kimyaçı alim Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib
14.05.2018 15:36
  • A-
  • A
  • A+

Gənc kimyaçı alim Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova seolitlər sahəsindəki nailiyyətlərinə və nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələrinə görə Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrinin elm ocaqları ilə əməkdaşlıq edən alim seolit elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb. Belə ki, gənc alim Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru adına layiq görülüb, Новый Университет (Yeni Universitet, Rusiya), American Journal of Modern Physics (Müasir fizikanın Amerika jurnalı) və İnorganic chemistry (Qeyri-üzvi kimya) beynəlxalq jurnallarının redaksiya heyətinə üzv seçilib. G.Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində işıq üzü görüb. Onun “Mürəkkəb alümosilikatlarda termal və hidrotermal çevrilmələr” və “Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” monoqrafiyaları Almaniyada Lambert Akademik Nəşriyyatı tərəfindən nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: