Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.05.2018 10:51
  • A-
  • A
  • A+

Rusiyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

Rusiyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiyanın tanınmış alimləri ilə görüşüb. O, qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, elmi nəticələri haqqında məlumat verib, burada aparılan tədqiqatlardan danışıb.

Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev çıxışında kadr mübadiləsi, əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.

Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak ediblər. Seminarda REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə elmi müəssisəyə rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan institutun 600-ə yaxın əməkdaşı var. S.Tixotski institutda əsasən, geoloji, seysmoloji, elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib.

Seminar Yer Fizikası İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelovun çıxışı ilə davam edib.

Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.

Rusiyalı qonaqlar Fizika İnstitutunun innovasiya sektoru ilə tanış olublar. Onlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: