Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" kitabı çap olunub
30.04.2018 15:38
  • A-
  • A
  • A+

"Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" kitabı çap olunub

Əlyazmaşünas alim, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin "Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" kitabı çapdan çıxıb.

Vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə işıq üzü görüb.

Kitabın elmi redaktorları - akademik Vasim Məmmədəliyev, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, rəyçiləri - filologiya üzrə elmlər doktoru Kamandar Şərifov və fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynovdur.

Nəşrdə İslam dünyasının fəlsəfi fikrini, ideologiyasını, estetik zövqünü və mədəniyyətini özündə əks etdirən əlyazmaçılığın bədii tərtibatla bağlı sahələri araşdırılıb. Əsər "İslam kalliqrafiyası", "Təzhib sənəti", "Əlyazmalarda miniatür rəsmlər", "Cildçilik" və "Əbru" fəsillərini əhatə edir.

Əlyazmaların tarixşünaslıq, mənbəşünaslıq, sənətşünaslıq, həmçinin dinin tarixi və fəlsəfəsi müstəvisində tədqiq olunması Azərbaycan əlyazmaçılığının İslam tarixində və müsəlman fəlsəfi fikrinin formalaşmasındakı rolunu təsbit edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: