Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” bülleteni işıq üzü görüb
27.04.2018 11:30
  • A-
  • A
  • A+

“Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” bülleteni işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov və həmin şöbənin elmi işçisi Svetlana Nəcəflinin həmmüəllifi olduğu “Azərbaycanın İnklüziv İqtisadi inkişafı – 2017” adlı bülleten çapdan çıxıb.

“Elm və Bilik” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Akif Musayevdir. 

Bülletendə ilk dəfə 2012-2016-cı illər ərzində Azərbaycanın inklüziv iqtisadi inkişafının xüsusiyyətləri – ölkədə iqtisadi artım, əhalinin məşğulluğu, əhalinin gəlirlərinin yaranması və yaranmış gəlirlərin əhali qrupları arasında paylanmasının ədalətlilik səviyyəsi, ölkə əhalisinin ümumi demoqrafik yükü və məşğul əhalinin demoqrafik yükü göstəriciləri qiymətləndirilib.

Alınmış nəticələr ölkənin iqtisadi inkişaf mərhələsində, ölkə iqtisadiyyatının fəaliyyətinin tənzimlənməsi prosesində, eləcə də iqtisadi inkişafın səngiməsi zamanı istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: