Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Smirnov siniflərində Riman məsələsinin həllolunanlığına dair müzakirələr aparılıb
25.04.2018 08:25
  • A-
  • A
  • A+

Smirnov siniflərində Riman məsələsinin həllolunanlığına dair müzakirələr aparılıb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.

Seminarda institutun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında” məruzə ilə çıxış edib.

Alimin məruzəsində məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik Smirnov sinifləri təyin edilib. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz funksiya olan və ölçülən əmsallı bircins və qeyri-bircins Riman məsələlərinə baxılıb. Bircins məsələ halında çəki funksiyası üzərinə kafi şərtlər tapılıb və bu halda ümumi həll qurulub.

Bundan əlavə, qeyri-bircins məsələ halında çəki funksiyası üzərinə Makenhaupt tip şərt qoyulub və çəkili Smirnov siniflərində qeyri-bircins məsələnin həll olunanlığı üçün ortoqonallıq şərtləri tapılıb, məsələnin indeksi üçün düstur verilib. Qüvvət şəkilli çəki funksiyasına nəzərən ayrı-ayrı hallara baxılıb və cırlaşma tərtibi üçün konkret şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: