Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib
25.04.2018 09:23
  • A-
  • A
  • A+

“Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin çəkdiyi “Səmanın fəthi” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov filmdə astronomiya elminin Azərbaycandakı inkişaf tarixindən, kəşf edilmiş göy cismləri və planetlər üzərindəki kraterlərə Beynəlxalq Astronomiya Birliyi tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunduğunu söyləyib. O, filmin yaradıcı heyətinə uğurlar arzulayıb.

Filmin icraçı prodüseri Nicat Məmmədov çəkilişə göstərdiyi köməyə görə rəsədxana əməkdaşlarına, xüsusilə də rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova təşəkkürünü bildirib.

Sonda “Səmanın fəthi” sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, elmi-kütləvi mövzuda çəkilən “Səmanın fəthi” sənədli filminin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Habil Muğanlı və Əminə Həsənli, montaj edəni Pərviz Səlimov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: