www.science.az
25.04.2018 12:37

"Elm və İnnovasiya" proqramının növbəti qonağı AMEA-nın müxbir üzvü Oktay Qasımov olacaq

25 aprel 2018-ci il tarixində saat 22:00-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda biofizika sahəsində aparılan tədqiqatların, bu istiqamətdə əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.