Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Sələflər və Xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək
23.04.2018 12:08
  • A-
  • A
  • A+

“Sələflər və Xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

Aprelin 25-də saat 11: 00-da AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Sələflər və Xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə reallaşacaq tədbir Türk Dil Qurumunun fəxri üzvü, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunacaq.

Konfransda "Görkəmli dilçi-alim Vaqif Aslanov”, “Türk dünyasının görkəmli türkoloqu V.Aslanovun elmi irsi”, “Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: