www.science.az
20.04.2018 14:04

“Səmanın fəthi” adlı elmi-kütləvi sənədli film çəkilib

ARB televiziyasının “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən “Səmanın fəthi” adlı elmi-kütləvi sənədli film ərsəyə gətirilib.

Ekran əsərinin ilk nümayişi aprel ayının 23-də saat 12:00-da AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olacaq.

Filmdə astronomiya elminin inkişaf tarixindən, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətindən, əldə olunan nailiyyətlərdən, həmçinin Beynəlxalq Astronomiya Birliyi tərəfindən kəşf edilmiş yeni göy cismləri və planetlər üzərindəki kraterlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsindən bəhs olunur.

Elmi-kütləvi mövzuda çəkilən filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.