Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axtarışlar” jurnalının cari ildə ilk sayı çap olunub
20.04.2018 10:24
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının cari ildə ilk sayı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb.

Jurnalın Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində Naxçıvan Bölməsinin, Dilçilik İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər müəssisələrin əməkdaşlarının araşdırmaları əksini tapıb.

“Axtarışlar”ın yeni sayında “Oğuznamə”lərdə Naxçıvan mühiti”, “Naxçıvan teatrının ilk baş rejissoru”, “Əlincəqala abidəsi və onun memarlıq məsələləri”, “Naxçıvan tüməni”, “Naxçıvan türk-islam memarlığında qədim inşaat sənətinin və ornament motivlərinin izləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən”, “Maarif və mədəniyyət sahəsində Osmanlı-Azərbaycan əməkdaşlığı (1918-ci il)” və digər məqalələr rus və ingilis dillərində xülasələrlə dərc olunub.

Biblioqrafiya bölməsində isə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Görkəmli dilçi-türkoloq” adlı məqaləsi yer alıb. Məqalədə Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunun fəaliyyətinin üstün cəhətləri ətraflı işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: