Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı işıq üzü görüb
19.04.2018 12:15
  • A-
  • A
  • A+

"Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı işıq üzü görüb

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən "Avtomobil nəqliyyatının ərazi təşkili və yol tikintisində keyfiyyətə nəzarət" kitabı çap olunub.

Kitabın müəllifləri - texnika elmləri doktoru Şahin Həsənov, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani, texnika üzrə fəlsəfə doktorları - Kamil Əliyev və Cəsarət Camalovdur.

Kitabda Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti və relyef xüsusiyyətləri nəzərə alınmaqla, beynəlxalq standartlara cavab verən yeni avtomobil yollarının layihələndirilməsi və yolların tikintisi zamanı keyfiyyətə nəzarət məsələləri araşdırılıb. Bundan əlavə, qruntların təsnifatı aparılıb və laboratoriya sınaqları barədə geniş məlumatlar verilib.

Kitab iqtisadi və sosial coğrafiya, həmçinin avtomobil yolları və inşaat materialları ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri, bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: