Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərə dair seminar keçirilib
19.04.2018 08:35
  • A-
  • A
  • A+

Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərə dair seminar keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq gündəlikdəki məsələlər barədə iştirakçıları məlumatlandırıb. O, SOCAR-ın əməkdaşı, GGİ-nin doktorantı, f.r.ü.f.d. Elçin Bağırovun seminarda məruzə ilə çıxış edəcəyini bildirib.

Sonra E.Bağırov “Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərin hövzə analizi əsasında qiymətləndirilməsi” mövzusunda məruzəsini təqdim edib. Alim xəritə və diaqramlar əsasında bildirib ki, geoloji risklərin öyrənilməsi və qiymətləndirilməsi müxtəlif səviyyələrdə və üç mərhələdə aparılır: "Bu iş hövzənin tektonik inkişaf tarixi, regional profillərin qurulması, xronostratiqrafik sxemlərin qurulması və meqatsikllərin ayrılması, çöküntütoplama şəraiti xəritələrinin qurulması və digər məsələləri əhatə edir".

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: