www.science.az
18.04.2018 14:52

“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda forum keçiriləcək

6-8 sentyabr 2018-ci il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar  dövlətinə səyahət”  mövzusunda gənc alimlərin və tədqiqatçıların beynəlxalq elmi forumu keçiriləcək.

Məqsəd ölkəmizin orta əsrlər tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinə qısa tarixi ekskursiya etmək, həmçinin ötən müddətdə mədəni, siyasi və iqtisadi tərəqqidə varislik ənənələri, Şirvanşahlar dövlətindən müasir Azərbaycana qədər inkişafın konseptual modeli mövzularında gənc alim və mütəxəssislərin geniş müzakirəsini təşkil etməkdir.

Forumda iştirak etmək etmək istəyənlər onlayn qeydiyyatdan keçməli və tezislərini elektron poçt vasitəsilə (forum.baku.2018@gmail.com) göndərməlidirlər.

Forumun əsas elmi istiqamətləri:

- Mədəni, siyasi və iqtisadi tərəqqidə varislik ənənələri: Qədim ipək yolu və BTQ dəmir yolu xətti;

- Klassika və müasirlik - fəlsəfi, dini və ədəbi baxışlar;

- İnteqrativ inkişafın konseptual modeli: Şirvanşahlar dövləti və müasir Azərbaycan.

Foruma təqdim ediləcək tezislər aşağıdakı tələblərə cavab verməlidir:

- Tezislər – MS Word redaktor mətnli elektron formada qəbul olunur. Mətnin şrifti Times New Roman (şriftin ölçüsü 12pt), sətirlər arası interval isə 1 olmalıdır;

- Kağızın formatı A4, mətn sahəsinin hər tərəfindən 2,5 sm saxlanılmalıdır. Tezislərin həcmi 2 səhifədən çox olmamalıdır;

- Tezisin adı – səhifənin mərkəzindən boş yer buraxılmamaqla, baş hərflərlə və qalın 12pt ölçülü şriftlə yazılmalıdır;                                  

- Sonra iki interval buraxılmaqla, növbəti  sətirdə müəlliflərin soyadı və insialları səhifənin mərkəzindən, kursiv 12pt ölçülü şriftlə göstərilməlidir. Müəlliflərin soyadlarından sonra sətirüstü ulduz qoyulmalıdır (əgər müəlliflər fərqli təşkilatlardandırsa);

- Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə,  məruzəçinin elektron ünvanı kursiv və 12pt ölçülü şriftlə qeyd olunmalıdır. Mətndə şəkil mütləq qaydada JPEG formatında  yerləşdirilməlidir;

- Azərbaycan dilində təqdim olunmuş tezisin ingilis dilində qısa xülasəsi verilməlidir. 

Tezislərin qəbulu üçün son tarix 1 iyul 2018-ci ildir. Tezislərin qəbuluna dair son məlumat 15 iyul 2018-ci il tarixindək veriləcək.

Forumun proqramı 1 sentyabr 2018-ci il tarixində Gənc Alim və Mütəxəssislər Şurasının internet saytında (www.gencalimler.az) yerləşdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.