Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar
13.04.2018 12:32
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Rusiya Coğrafiya Cəmiyyətinin Sualtı Tədqiqatlar Mərkəzinin nümayəndələri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar.

İnstitutun direktoru, t.ü.e.d., professor Maisə Rəhimova ilə görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatların aparılmasının perspektivlərinə dair geniş müzakirələr aparılıb.

M.Rəhimova sovet hakimiyyəti illərində mərhum arxeoloq Viktor Kvaçidze tərəfindən ölkəmizdə sualtı arxeoloji tədqiqatların aparıldığını, lakin sonralar bu sahədə kadr çatışmazlığı səbəbindən araşdırmaların dayandırıldığını bildirib.

Sonra mərkəzin idarə heyətinin üzvü, sualtı arxeologiya üzrə bir sıra əsərlərin müəllifi, tarixçi Andrey Lukoşkov bu sahədə böyük təcrübəyə malik olduqlarını, Azərbaycanda da sualtı arxeoloji tədqiqatlar aparmaq istədiklərini deyib.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli, Arxeoloji xidmət şöbəsinin müdiri, t.ü.f.d. Qoşqar Qoşqarlı, institutun Elmi arxiv şöbəsinin müdiri, t.ü.f.d. İdris Əliyev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, t.ü.f.d., professor Kamil İbrahimov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: