Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası” adlı dərslik çapdan çıxıb
09.04.2018 13:51
  • A-
  • A
  • A+

“Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası” adlı dərslik çapdan çıxıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin baş elmi işçisi, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun “Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası” adlı dərs vəsaiti işıq üzü görüb.

Dərs vəsaitində XXI əsrin çağırışları və bu çağırışlara adaptasiya oluna bilən şəxsiyyətin keyfiyyətləri, təhsilin həyata keçirilməsinin fəlsəfi, məntiqi, psixoloji, didaktik əsasları, ümumtəhsil sistemində riyazi təhsilin mövqeyi, riyazi bilik, bacarıq, vərdişlərin ötürülməsinin nəzəriyyə və texnologiyasının inkişaf səviyyəsi oxucuya təqdim olunur.

Bundan əlavə, riyazi anlayışların və onların formalaşması prosesinin təbiəti açılır, təriflərin öyrədilməsi yoluna aydınlıq gətirilir, hökm, aksiom, teorem anlayışlarına elmi şərhlər verilir.

Sual, məsələ və digər növ tapşırıqların riyaziyyatın tədrisində mühüm vasitə olduğu əsaslandırılır, təlimin priyom və metodlarına, onların nomenklaturası və təsnifatına elmi şərhlər verilir, real pedaqoji prosesə daxil edilməsi yolları işıqlandırılır.

Dərs vəsaiti “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar və doktorantlar, o cümlədən ümumtəhsil məktəblərində işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: