Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İslam - ensiklopedik lüğət”i AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib
15.04.2014 00:00
  • A-
  • A
  • A+

“İslam - ensiklopedik lüğət”i AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı “İslam-ensiklopedik lüğət” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda müstəqillik illərində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı dövrdə dinimiz haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.

Lüğət “İslam. Ensiklopediçeskiy slovar” Moskva, “Nauka”, QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri barədə məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: