Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin layihəsi beynəlxalq qrant müsabiqəsinin qalibi olub
09.04.2018 08:45
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin layihəsi beynəlxalq qrant müsabiqəsinin qalibi olub

AMEA-nın Mikrobiologiya İnstitutunun Mikroorqanizm kulturalarının koleksiyası labrotoriyasının müdiri, b.ü.f.d., dosent Yamən Atakişiyevanın layihəsi II Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalibi olub. Müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Fundamental Tədqiqatlar Fondu təşkil edib.

Tərəvəz bitkilərinin kök sistemininə yoluxmuş fitopatogenlərə qarşı Bacillus və Trichoderma cinslərindən olan mikroorqanizmlərin antaqonist təsirinin sinergetik potensialı” adlı layihənin icrasına artıq başlanılıb.

Layihənin əsas məqsədi tərəvəz bitkilərinin yetişdirilməsi zamanı kökdə yayılmış fitopatogen mikroorqanizmlərin nəzarəti üçün yüksək fəallığa malik Trichodermacinsindən olan saprotrof mikroskopik göbələk və Bacilluscinsindən olan bakteriya ştamlarından birgə istifadənin potensial imkanını öyrənməkdir. Yüksək aktivliyə malik, rəqabət qabiliyyəti olan antaqonist mikroorqanizm ştamlarının axtarışı və onların əsasında geniş spektrdə məqsədyönlü təsiri olan bioloji preparatların hazırlanması olduqca aktualdır. Mövzu Belarus və Azərbaycan respublikalarının elmi-texniki və ictimai-iqtisadi inkişafının prioritet istiqamətlərinə tam uyğun gəlir.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün kontrol agentlər qismində seçilmiş mikrorqanizm ştamlarının pomidor, xiyar və bibərə fitopatogenlərin vurduğu zərərin azaldılmasına, həmçinin tərəvəzlərin inkişaf və artım göstəricilərinə təsiri də öyrəniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: