Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.04.2018 09:38
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Dendrologiya İnstitutunda olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Dendrologiya İnstitutunda olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva AMEA-nın Dendrologiya İnstitutunu ziyarət ediblər.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.

Qonaqlar daha sonra institutun ərazisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: