Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.04.2018 10:06
  • A-
  • A
  • A+

Gənc alimlər AMEA əməkdaşları üçün tikilən yaşayış kompleksinin inşaat işləri ilə tanış olublar

Gənc alimlər AMEA əməkdaşları üçün tikilən yaşayış kompleksinin inşaat işləri ilə tanış olublar

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ni (Science City) ziyarət edib, akademiya əməkdaşları üçün tikilən kooperativ yaşayış kompleksinin inşaat işləri ilə yerində tanış olublar.

Məlumat verilib ki, əsasən gənc alim və mütəxəssislərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən yaşayış kompleksi akademiya rəhbərliyinin ən uğurlu layihələrdən biridir və bu, istedadlı gənclərin elmə cəlb olunmasında mühüm həvəsləndirmə rolunu oynayacaq.

GAMŞ üzvləri “Science City”nin ekoloji təmiz havası olan ərazidə yerləşməsini, həmçinin kompleks ətrafında müvafiq sosial infrastrukturun tikintisinin planlaşdırılmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq layihə çərçivəsində ümumilikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: