Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” kitabı MEK-ə təqdim olunub
05.04.2018 16:20
  • A-
  • A
  • A+

“Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” kitabı MEK-ə təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ikicildlik “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” kitabı təqdim edilib.

1678-1914-cü və 1915-1923-cü illəri əhatə edən ikicildliyin müəllifi Türkiyə Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyənin “Türkiyə Petrolları” neft şirkəti tərəfindən Azərbaycan dilində nəşr edilərək MEK-ə təqdim olunub. Kitabın Azərbaycan dilində nəşri üçün rəyi akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Musa Qasımlı veriblər.

Sənədlər əsasında yazılan, “erməni soyqırımı” yalanını ifşa edən kitab Azərbaycan və Türkiyə türklərinin ortaq taleyinə, tarixi probleminə işıq salır. Əsərdə Türkiyə əleyhinə istifadə edilən “erməni soyqırımı”nın mahiyyəti, böyük dövlətlər tərəfindən “erməni məsələsi”nin ortaya atılması səbəbləri əks olunub. Moskva və Sankt-Peterburq arxivlərinin materialları əsasında yazılmış tədqiqat əsəri problemin mahiyyətinə və təkamülünə dair tarixi gerçəklikləri üzə çıxarmaq baxımından böyük əhəmiyyətə malikdir.

Kitab MEK-in Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib. Bundan başqa, nəşr MEK-in sərgi salonunda, akademiklər zalında, yeməkxanada təşkil edilən “açıq kitabxana”da nümayiş etdirilərək oxuculara paylanılıb. MEK tərəfindən kitabın xarici ölkələrin Azərbaycanda təmsil olunan diplomatik korpuslarına, Azərbaycanın xaricdəki səfirliklərinə və diaspor təşkilatlarına göndərilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: