Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XIV əsr tarixinə dair dəyərli mənbə
04.04.2018 16:48
  • A-
  • A
  • A+

XIV əsr tarixinə dair dəyərli mənbə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Elvin Talışxanovun “Hafiz Əbrunun “Zayli-cami ət-təvarixi-Raşidi” XIV əsr Azərbaycan tarixinin öyrənilməsi üzrə mənbə kimi” adlı əsəri rus dilində çapdan çıxıb.

Ön söz, dörd fəsil və geniş ədəbiyyat siyahısından ibarət olan kitabda XIV əsr mənbələri, Hafiz Əbrunun həyat və yaradıcılığı, “Zayli-cami ət-təvarixi-Raşidi”nin meydana gəlməsi, XIV əsrdə mövcud olmuş dövlətlər və s. barədə ətraflı məlumat verilir.

Müəllif hər bir tarixi faktı bir neçə mənbə əsasında araşdırdıqdan və məxəzləri müqayisəli şəkildə təhlil etdikdən sonra öz mövqeyini ortaya qoyur ki, bu da əsərin elmi əhəmiyyətini daha da artırır.

Kitabın elmi məsləhətçisi professor Mehdi Kazımov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədovadır.

Nəşr tarixçi-mənbəşünaslar, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: