Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2018 15:15
  • A-
  • A
  • A+

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 13 mövzu təsdiq olunub

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 13 mövzu təsdiq olunub

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib. 

Akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 3-ü elmlər doktorluğu, 16-sı fəlsəfə doktorluğu hazırlığı üzrə təqdim olunmuş 19 dissertasiya işi nəzərdən keçirilib.

Tədbirdə elmlər doktoru hazırlığı üzrə müraciət etmiş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Əflatun Baxşəliyevin “Səməd Vurğun və türk xalqları ədəbiyyatı” mövzusu adında heç bir dəyişiklik edilmədən, Ədəbiyyat İnstitutunun dissertantı İlham Məmmədlinin mövzusu isə “Dördlük formasının genezisi və müasir Azərbaycan şeirində poetik təkamülü” şəkilində təsdiqlənib. Ədəbiyyat İnstitutunun qiyabi doktorantı Lalə Həsənovanın “Müasir Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr (1980-2000-ci illər)” mövzusunun isə elmlər doktorluğu səviyyəsinin tələblərinə daha uyğun problem şəkildə formalaşdırılması və plan-prospektin bu aspektdə təkmilləşdirilməsi üçün yeniləşdirilərək növbəti iclasda yenidən baxılması qərara alınıb.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə müraciət etmiş AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Könül Cəbrayılovanın “Səməd Vurğunun epistolyar irsi”, Bakı Dövlət Universitetinin dissertantı Gülarə Quluzadənin “Azərbaycan və qırğız epik folklorunda nağıl janrının müqayisəli təhlili”, Azərbaycan Dillər Universitetinin dissertantı Nərmin Muradovanın “Orta nəsrlər İspan romanslarında ərəb poeziyasının elementləri”, AMEA Naxçıvan Bölməsinin dissertantı Kübra Vəliyevanın “Azərbaycan və ərəb dillərində tibb terminləri və onların leksik-semantik xüsusiyyətləri” mövzularının adlarına heç bir dəyişiklik olunmadan təsdiq edilib. 

İclasda 8-nin adından dəyişiklil edilməklə, 13 mövzu təsdiq olunub. 6 nəfərin mövzusu isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə filologiya üzrə elmlər doktorları, professorlar Cəlil Nağıyev, Əsgər Rəsulov, Qəzənfər Kazımov, Aida Qasımova, Bədirxan Əhmədov, Qulu Məhərrəmli, Azadə Musayeva, Nadir Məmmədli, Paşa Kərimli, Ramiz Əsgər, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək, fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: