Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Radiasiya Problemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının elmi seminarı keçirilib
11.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Radiasiya Problemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurasının elmi seminarı keçirilib

10 Aprel 2014-cü il tarixdə AMEA Radiasiya Problemləri İnstitutunun Gənc alim və mütəxəssislər şurası növbəti elmi seminar keçirib.

Tədbirdə Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və AMEA Fizika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Zirəddin Sadıqov apardığı tədqiqatlar barədə ətraflı məlumat verib. Alim ilk dəfə olaraq yeni nəsil mikro-pikselli selvari fotodiodların konstruksiyasını, mikro-pikselli selvari fotodiodların digər yeni iki konstruksiyasını yaratdığını bildirib. O, hazırda mikro-pikselli selvari fotodioların parametrlərinin optimallaşdırılması və onların müxtəlif fiziki təcrübələrdə tətbiqi ilə məşğul olduğunu diqqətə çatdırıb.

Sonra geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Tədbirdə, həmçinin gənc kadrların ölkənin tanınmış elm adamları ilə görüşünün təşkili məsələləri də müzakirə edilib.

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA-nin elmi müəsissələrində çalışan gənc tədqiqatçıların elmə marağını artırmaq, gələcəyin perspektivli alim və mütəxəssislərini müəyyənləşdirmək və maarifləndirmək məqsədilə bu kimi seminarların keçirilməsinin əhəmiyyətindən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: