Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı ABŞ-da təcrübə kursu keçib
11.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı ABŞ-da təcrübə kursu keçib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının kinematikası və dinanamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova “Böyük Qafqazın Azərbaycan hissəsinin seysmik tomoqrafiyası” istiqaməti üzrə təcrübə keçmək üçün ABŞ-nın Livermol şəhərinə ezam olunub.

Gənc tədqiqatçı Lavrens Livermol Milli Laboratoriyasının Yerin atmosferası və energetikası şöbəsinin əməkdaşları - Rengin Gok və Robert Mellors ilə seysmik tomoqrafiyanın yeni üsulu əsasında Yer qabığının sürət qeyri-bircinsliyini öyrənib.

Berkli Universitetinin əməkdaşları Daq Dreqer və Maykl Manqa ilə də görüşən S.Kazımova palçıq vulkanlarının yeni üsullarının analizi məsələlərini müzakirə edib.

Qeyd edək ki, təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “3 Mobillik qrantı” layihəsi çərçivəsində təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: