Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Lənkəran Regional Elmi Mərkəzi ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müqavilə imzalanıb
16.03.2018 14:29
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzi ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müqavilə imzalanıb

Prezident İlham Əliyevin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Milli Elmlər Akademiyasına,  o cümlədən Torpaqşünaslıq və Aqrokimya İnstitutuna da icrası nəzərdə tutulan tapşırıqlar verilib.

Bu məqsədlə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, respublikada çaya yararlı torpaqların müəyyənləşdirilməsi, eləcə də həmin torpaqların münbitliyinin artırılması nəzərdə tutulur.

Mərkəzin direktoru, professor Fərman Quliyev bu məqsədlə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olub, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüb.

Müzakirə zamanı müvafiq dövlət proqramının icrasında birgə tədqiqatlar aparılmasının üstünlüyü qeyd edilib. Həmçinin Lənkəran-Astara zonasında qeyri-ənənəvi çayçılıq rayonu sayılan Lerik ərazisində xəritə fondunda saxlanılan materiallar əsasında çay bitkisinin becərilməsi üçün yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi də vurğulanıb.

Tərəflər bu sahədə mütəmadi görüşlərin keçirilməsini qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: