Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda konfrans keçiriləcək
15.03.2018 09:38
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda konfrans keçiriləcək

10 may 2018-ci il tarixində AMEA-nın Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək.

Elmi konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilib.

Konfransda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımları", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici siyasəti: oxşar məqamlar", "Şimali Azərbaycan və türk xalqları yaşayan digər ərazilərdə çarizmə qarşı azadlıq mübarizəsi", "Azərbaycan SSR və digər müttəfiq respublikalarda sovet rejiminə qarşı azadlıq mübarizəsi. Mühacirət", "Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur" bölmələri üzrə məruzələr dinləniləcək.

Tezislər aprelin 15-dək Təşkilat Komitəsinə göndərilməlidir. Tezislərin həcmi 250-300 sözdən artıq olmamalı və elektron variant e-poçtla (tarixgencler@gmail.com) göndərilməlidir. Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi, elmi adı və e-poçtu qeyd olunmalıdır.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Konfrans iştirakçılarının yaş həddi 35-dir.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115.

Tel.: (+994 12) 539-36-15.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: