Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.03.2018 12:33
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində Yel çərşənbəsi qeyd olunub

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində Yel çərşənbəsi qeyd olunub

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində Yel çərşənbəsinə həsr olunan şənlik keçirilib.

Tədbir çərçivəsində muzeyin həyəti Novruz bayramının atributları olan - səməni, şamlar, milli şirniyyatlar, rəngli yumurtalar, tonqal, qədim məişət əşyaları və bayram təbriklərini çatdıran panolarla bəzədilib, əl işlərinin sərgisi təşkil edilib.

Şənliyi regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Novruz bayramının müjdəçisi olan çərşənbələrlə bağlı adət-ənənələrin, inancların və mərasimlərin xalq tərəfindən həmişə sevilib qorunduğunu söyləyib. O, bu bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsinin ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlaməti olmasından, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq qalmasından danışıb, qarşılıqlı hörmət, səmimiyyət və mehribanlığı aşılayan Novruz bayramı münasibətilə şənliyə toplaşanları təbrik edib.

Sonra şənliyin gənc istedadları Kosa və Keçəlin iştirakı ilə atalar sözləri, tapmacalar, bayatılar və bahara aid şeir proqramlarını təqdim ediblər.

Sonda şənliyə toplaşanlara bahar sovqatı paylanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: