Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

BDU-nun Kimya fakültəsinin tələbələri Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər
13.03.2018 14:37
  • A-
  • A
  • A+

BDU-nun Kimya fakültəsinin tələbələri Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda (AKİ) istehsalat təcrübəsi keçirlər.

Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq, gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb edilmələridir.

İlk tanışlıq günündə tələbələr AKİ-nin yaranma və inkişaf tarixi, əməkdaşlar tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər barədə məlumatlandırılıb. Bundan başqa, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Tələbələr BDU-nun Kimya fakültəsinin institutda yerləşən Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil olunur.

Tələbələr təcrübə dövründə üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalarda cihazların iş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.

Təcrübə müddəti mart ayının 19-da yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: