Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
09.03.2018 10:43
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 9 mart 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə www.terminologiya.az milli terminoloji veb-portalın təqdimat mərasimi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin müsahibəsi, Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan konfrans, Naxçıvan Bölməsində Azərbaycan dilinin inkişafına dair tədbir, akademiyanın elmi bölmələrinin büro iclasları, Geologiya və Geofizika İnstitutu ilə "AzerGold" ASC arasında imzalanmış memorandumun müzakirəsi, Almaniyanın Heydelberq Universitetinin professoru, tanınmış arxeoloq alim Harald Hauptmannın Bakıya səfəri və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Elmin inkişafına dəyərli töhfələr vermiş alim", "Öz payını müxtəlif millətlərlə bölüşən Bakı", "Magistr - 2018" müsabiqəsi", "İnstitutun qapıları tələbələrin üzünə açıqdır" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «На пути к лучшему будущему», «На пути к наукоемкому производству», «Важная роль ветеранов», «Сила нравственности», «В режиме реального времени», «памяти Сары Ашурбейли», «Востребованный ученый», «Эвклидов подход» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: