Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti sayı işıq üzü görüb
06.03.2018 13:28
  • A-
  • A
  • A+

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti sayı işıq üzü görüb

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının 72-ci cildinin 3-cü nömrəsi ingilis dilində çapdan çıxıb.

Nəşrin xarici dildə çapında məqsəd respublikada görülən elmi-tədqiqat işlərinin nəticələrini daha geniş oxucu kütləsinə çatdırmaqdır.

Jurnalın ilk məqaləsi nəşrin baş redaktoru, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanovun 70 illik yubileyinə, alimin həyat və fəaliyyətinə, elmi nailiyyətlərinə həsr olunub.

Bu sayda BTEB-in institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan araşdırmaların nəticələrini özündə əks etdirən 22 məqalə yer alıb. Eyni zamanda, Türkiyənin Ankara Medikal Park Hospitalının əməkdaşları - H.Cəbrayılov və C.Karayanın həmmüəllifi olduğu məqalə də bu mömrəyə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: