Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir
27.02.2018 09:06
  • A-
  • A
  • A+

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Fevralın 27-si Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir. Su çərşənbəsi xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. 

Su çərşənbəsi suya tapınma ilə başlayır. Bu çərşənbədə suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. 

Bu il ölkəmizdə Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, ilaxır olan Torpaq çərşənbəsi isə martın 20-si qeyd ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: