Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kağız salfet sağlamlıq vəziyyətini izləyə biləcək
16.02.2018 11:12
  • A-
  • A
  • A+

Kağız salfet sağlamlıq vəziyyətini izləyə biləcək

Kağız salfetin mikroməsaməli sellüloz lifləri və karbon nanoborularından ibarət strukturu ona elektrik keçiricilik qabiliyyəti verir və onu mexaniki təsirlərə qarşı olduqca həssas edir. Bu da salfetin enerjinin saxlanması və elastik elektronika sahəsində böyük potensiala malik olduğunu göstərir.

ABŞ-ın Vaşinqton Universitetinin mühəndisləri salfetin unikal xüsusiyyətlərindən istifadə edərək, onu müxtəlif xəstəliklərin diaqnostikası üçün nəbz, göz almasının fırlanma sürəti və insan bədəninin digər hərəkətlərini ölçən həssas sensora çeviriblər. Onlar salfeti su ilə hopduraraq, onu ikitərəfli plastırın köməyilə insanın biləyinə yapışdırıblar və ona pyezorezistiv elementlər birləşdiriblər. Paralel və perpendikulyar yerləşdirilmiş sellüloz lifləri təzyiq altında dartılmağa başlayıb ki, bunun sayəsində sensorun həssas elementləri nəbzi ölçə biliblər.

Sonra tədqiqatçılar daha bir sınaq keçiriblər: sensoru eynəyə yerləşdiriblər. Onlar göz qırpma zamanı linza ilə salfet arasındakı məsafənin dəyişilməsi üzrə göz almasının fırlanma sürətini ölçüblər. Digər təcrübənin gedişatında isə sensor barmağa bərkidilib. Bununla alimlər oynağın vəziyyətinin necə dəyişdiyini anlaya biliblər.

Ölçüsü bir neçə sm təşkil edən cihazı istifadədən sonra atmaq olar. İstehsalçılar bu ixtiranın tətbiq sahəsinin son dərəcə geniş olduğunu bildiriblər. Məsələn, onun köməyilə kiçik uşaqlar və ya yaşlıların sağlamlıq vəziyyətini analiz etmək olar. Bunun sayəsində onların müntəzəm olaraq, xəstəxanaya getmələrinə ehtiyac qalmayacaq. Alimlər gələcəkdə qurğunun kütləvi istehsalını planlaşdırırlar.

Naked-science.ru

  • Paylaş: