Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib
09.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib. RSXM-in direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev 2014-cü il üçün çöl ekspedisiyası (seysmoloji, maqnitometrik, geodinamik və geokimyəvi) işlərinin planını təqdim edib.

Daha sonra mərkəzin direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Qurban Yetirmişli və Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədlinin “Azərbaycan” qəzetində dərc edilmiş AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla əlaqədar olaraq “Seysmologiya” ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliklərinin irəli sürülməsi ilə bağlı Şura üzvləri arasında gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Elmi-Texniki Şura tərəfindən Qurban Yetirmişli və Tahir Məmmədlinin “Seysmologiya” ixtisası üzrə AMEA-nın müxbir üzvülüyünə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

İclasda, həmçinin Elmi-Texniki Şurasının üzvləri tərəfindən AMEA-nın akademiki adını almaq üçün AMEA Geologiya İnstitutunun Elmi Şurası tərəfindən irəli sürülmüş AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov və Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü adını almaq üçün geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Əliyevin, eləcə də AMEA Geologiya İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin AMEA-nın akademiki adını almaq üçün, geologiya-mineralogiya elmləri doktorları A.Muxtarov və Tələt Kəngərlinin AMEA-nın müxbir üzvlüyünə irəli sürülmüş namizədliklərinin dəstəklənməsi haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: