Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Fərzəliyev Tbilisi Dövlət Universitetinin yubiley mərasimində iştirak edib
12.02.2018 16:00
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev Tbilisi Dövlət Universitetinin yubiley mərasimində iştirak edib

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev 6-10 fevral tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində ezamiyyətdə olub.

Alim səfər çərçivəsində İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubiley mərasimində iştirak edib.

Yubiley iştirakçılarının şərəfinə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, Tbilisi şəhərinin meri Kaxa Kaladze və TDU-nun rektoru, professor Georgi Şarvaşidze tərəfindən ziyafət verilib.

Tədbirdə akademik Vaqif Fərzəliyev AMEA və Azərbaycanın elmi ictimaiyyəti adından TDU-nun kollektivini təbrik edib, xatirə kitabına xoş sözlər yazıb.

Qeyd edək ki, tanınmış tarxiçi İvan Cavaxaşvilinin təşəbbüsü ilə 1918-ci ildə yaradılmış TDU Cənubi Qafqazda aparıcı təhsil və elm mərkəzlərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: