Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası işıq üzü görüb
09.02.2018 14:07
  • A-
  • A
  • A+

“Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Nemətullah Naxçıvani XV əsrin görkəmli təsəvvüf və təfsir alimi” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyanın elmi redaktoru bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri fəlsəfə üzrə elmlər doktorları, professorlar - Zəkiyyə Əbilova, Məhəmməd Rzayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

Nəşrdə Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə yanaşı, fəlsəfi görüşləri araşdırılır və təhlil edilir.

Vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: