Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Nəbatat Bağında elmi-tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir
08.04.2014 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağında elmi-tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir

AMEA Mərkəzi Nəbatat Bağında elmi-tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərb hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülmüşdür. Burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirir ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan məhz həmin ərazidir ki, uzun illər seyrək ağaclarla qorunub saxlanmışdır.

Hazırda bu ərazidən səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Əkililər arasında kökləri dərinə uzanmayan bitkilər, xüsusən də çiçək növləri üstünlük təşkil edir. Burada gələcəkdə AMEA-nın və bütövlükdə Azərbaycan elminin inkişafı məqsədi ilə bir çox tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır.

Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı media yazılarındakı kəsilmiş ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyildir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: