Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça
01.02.2018 14:26
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir.

Qarabağ xalça məktəbinə məxsus bu toxuma 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunulub.

Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunulub. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Üzərindəki mətnə əsasən isə “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin” və “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”nin fotoşəkilləri verilib.

Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir, digər haşiyədə isə Qarabağın məşhur nəlbəkigülü toxunulub. 

Muzeyə daxil edilən etnoqrafik material Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan – Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: