Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tovuz rayonunda aşkar edilmiş Qazıqulu abidələrinin tədqiqatlarına həsr olunan yeni nəşr
31.01.2018 10:29
  • A-
  • A
  • A+

Tovuz rayonunda aşkar edilmiş Qazıqulu abidələrinin tədqiqatlarına həsr olunan yeni nəşr

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — tarix üzrə fəlsəfə doktorları Şamil NəcəfovAnar Ağalarzadə və Vaqif Əsədovun müəllifləri olduğu “Qazıqulu abidələri” adlı kitab nəşr edilib. Kitab Tovuzçay su anbarının tikintisi ilə əlaqədar olaraq  2007-2009-cu illərdə Tovuz rayonunun Qazıqulu kəndində aparılmış arxeoloji-epiqrafik tədqiqatların nəticələrinə həsr olunub.

Xalqımızın maddi irsini son tunc - ilk dəmir dövrü və son orta əsrlərə aid maddi mədəniyyət nümunələri ilə zənginləşdirən arxeoloji tədqiqatları özündə əks etdirən yeni nəşr mütəxəssislər, o cümlədən Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əsərdə göstərilən dövrlərə aid abidə və artefaktların foto və qrafik təsvirləri, tədqiqat obyektlərinin planları əks olunan tablolar yer alıb.  Əsas mətni Azərbaycan dilində olan kitabda ingilis və rus dillərində geniş xülasələr də verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: