Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
07.04.2014 00:00
  • A-
  • A
  • A+

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Aprelin 3-də AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

Tədbiri muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra Ç.Abdullayevə həsr olunmuş videoçarx nümayiş olunub.

Ç.Abdullayev həyatı, yaradıcılığı, əsərlərinin süjet xətti, filmləri haqqında ətraflı çıxış edib, çoxsaylı sualları cavablandırıb.

Muzeyin əməkdaşı, Ç.Abdullayev yaradıcılığının tədqiqatçısı və tərcüməçilərindən olan Təbəssüm Muxtarova yazıçının qəhrəmanlarının tipik xüsusiyyətləri, onun dünya siyasi dedektiv janr ədəbiyyatında yeri və rolu haqqında fikirlərini səsləndirib.

Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Məhkumlar”, “Tərsinə çevrilmiş dünya” filmlərindən epizodlar nümayiş olunub.

Sonda foyedə təşkil olunmuş sərgidə yazıçının yeni çapdan çıxmış kitabları oxuculara təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: