Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.01.2018 14:36
  • A-
  • A
  • A+

Filologiya Problemləri üzrə Elmi Şuranın iclası keçirilib

Filologiya Problemləri üzrə Elmi Şuranın iclası keçirilib

AMEA-nın Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının (FPEŞ) cari ildə ilk iclası keçirilib.

İclasda 4-ü elmlər, 13-ü fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 17 dissertasiya mövzusu müzakirə olunub. Nəticədə 3-ünün adında dəyişiklik edilməklə 13 mövzu təsdiq edilib.

Müzakirələrdə FPEŞ-in sədri, akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları - Atamoğlan Həsənov, Aida Qasımova, Bədirxan Əhmədov, Bilal İsmayılov, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Hüseyn Həşimli və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: